İş rejimi: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üçün əsas iş cədvəllərinin hazırlanması və istehsalat prosesinin düzgün planlaşdırılması.
- Tikinti sahəsində tədarük materiallarının planlaşdırılması və lazımi materialların vaxtında təmin edilməsi.
- Aylıq istehsalatın monitorinqinin aparılması, işlərin plana uyğun icrasına nəzarət edilməsi.
- Layihə üzrə əsas və detallı proqramların nəzərdən keçirilməsi və hər ay yenilənməsi.
- Cədvələ uyğun olaraq işlərin həqiqi irəliləməsinin izlənilməsi və Texniki Ofis rəhbərinə hesabatların təqdim edilməsi.
- Aylıq istehsalat hesabatlarının hazırlanmasında iştirak edərək, mümkün gecikmələrin müəyyən edilməsi və uyğun tədbirlərin görülməsi.
- İş prosesində yaranan fasilələrin müəyyən olunması, cədvələ uyğun olaraq təsnif edilməsi və hesabatının hazırlanması.
- Müxtəlif layihələr üzrə risklərin qiymətləndirilməsi və alternativ həll yollarının hazırlanması.
- Tikinti və istehsalat proseslərinin optimallaşdırılması üçün təkmilləşdirmə təkliflərinin verilməsi.
- Rəhbərlik və layihə komandası ilə mütəmadi koordinasiyanın aparılması.
Namizəd üçün tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr)
- Tikinti sahəsində planlama mühənisi kimi minimum 3 il iş təcrübəsi
- Tikinti layihələrinin planlaşdırılması və idarə olunması sahəsində biliklərə malik olmaq
- Layihələrin icrası və istehsalat proseslərinin idarə olunmasını yaxşı bilmək
- Təhlil və hesabat hazırlama bacarığı
- Problemlərin həll edilməsi və qərarvermə bacarığı
- MS Office (Excel, Word, PowerPoint), AutoCAD, MS Project və ya Primavera kimi proqramlardan istifadə bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Əgər siz layihələrin uğurla icrası və planlaşdırılmasında təcrübəyə malik, detallara diqqət edən və analitik düşünmə bacarığı olan bir mühəndissinizsə, komandamıza qoşulmağa dəvət edirik!