Sahə rəisi (hündürmərtəbəli bina tikintisi üzrə)
İş şəraiti
- İş yeri: Sumqayıt, Azərbaycan
- İş rejimi: Tam ştat (full-time)
Əsas vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması və nəzarət olunması
- Layihə sənədlərinə uyğun tikinti prosesinin təşkili və gedişatına nəzarət
- İşçi heyətinin koordinasiyası və fəaliyyətinin düzgün təşkil edilməsi
- Tikinti materiallarının və texnikaların düzgün istifadəsinə nəzarət
- İş təhlükəsizliyi qaydalarına əməl olunmasının təmin edilməsi
- Tikinti qrafikinə uyğun olaraq işlərin vaxtında və keyfiyyətlə tamamlanması
Tələblər:
- Hündürmərtəbəli bina tikintisində minimum 3 il sahə rəisi kimi təcrübə
- Tikinti sahəsində ali təhsil (mühəndislik ixtisası üstünlükdür)
- Tikinti normativləri və layihə oxuma bacarığı
- Komandada işləmə və idarəetmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik iş prinsipi
Müraciət qaydası:
- CV-lərinizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Sahə Rəisi” qeyd olunmalıdır.