Zinət əşyalarının satışı üzrə fəaliyyət göstərən mağazamıza Satış məsləhətçisi vəzifəsi üçün xanım və bəy namizədlər dəvət olunur.
Vəzifə öhdəlikləri:
- Müştərilərə zinət əşyaları haqqında məlumat vermək
- Məhsulların təqdimatını və satışını həyata keçirmək
- Müştəri məmnuniyyətini təmin etmək
- Mağazada səliqə və nizam-intizamı qorumaq
Tələblər:
- Ünsiyyət bacarığı yüksək olmalı
- Satış sahəsində təcrübə arzuolunandır
- Məsuliyyətli və səliqəli olmaq
İş şəraiti:
- Maaş: 700 AZN + bonus
- Ünvan: Əziz Əliyev küçəsi (Tarqovı)
- İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.