INTUERA zərgərlik və saat butikində Satış məsləhətçisi
Namizədə tələblər:
- Təqdimatlı xarici görünüş, səliqəlilik və yüksək zövq hissi;
- Butiklərdə satış məsləhətçisi vəzifəsində 1 ildən artıq iş təcrübəsi (zərgərlik məmulatları, saatlar, aksesuarlar və ya premium brendlərlə iş təcrübəsinə üstünlük verilir);
- Səlis nitq və yüksək ünsiyyət bacarıqları;
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dillərini bilmək üstünlükdür);
- Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq bacarığı;
- Yüksək xidmət standartları və fərdi satış bacarıqları;
- Məsuliyyətlilik, punktuallıq və detallara diqqət.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərə peşəkar məsləhətlərin verilməsi, zərgərlik məmulatlarının və saatların təqdim edilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların seçimində köməklik göstərilməsi;
- Fərdi satış planının yerinə yetirilməsi;
- Məhsulların vizual təqdimatı və nümayişi üzrə müəyyən edilmiş standartlara riayət olunması.
Biz nə təklif edirik:
- Bakının mərkəzində yerləşən dəbli zərgərlik butikində iş imkanı;
- 800 AZN sabit əməkhaqqı + satış nəticələrinə əsasən bonuslar;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Məhsul çeşidi və satış texnikaları üzrə təlimlər;
- Peşəkar inkişaf imkanları;
- Rahat və xoş iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.