Arash Company Arash Company
  • 708

Arash Company

Specialty Retail

Anbardar köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar köməkçisi

  • Deadline 2 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulunda anbardarın göstərişi ilə iştirak etmək.
  • Qəbul olunan malların sayının və vəziyyətinin yoxlanılmasına kömək etmək.
  • Təyin olunmuş sənədlərlə malın uyğunluğunu yoxlamaq (qaimə, faktura və s.).
  • Malların anbarda düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə kömək etmək.
  • Anbar inventarizasiyası (sayım) zamanı anbardara dəstək olmaq.
  • Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanılmasına kömək etmək.
  • Anbardar tərəfindən aparılan sənədləşmələrdə texniki köməklik göstərmək.
  • Mal qalığı, qəbul və çıxarış qeydiyyatına dair ilkin məlumatları hazırlamaq.
  • Anbardarın birbaşa göstərişlərini vaxtında və düzgün yerinə yetirmək.
  • Baş anbardar olmadıqda anbardarı əvəz etmək.

Tələblər:

  • Dəqiq, məsuliyyətli və çalışqan olmaq
  • Komandada işləmə bacarığı

Biz təklif edirik:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Peşəkar və mehriban kollektiv

İş şəraiti

  • İş yeri: Arash Company
  • İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00
  • Əmək haqqı: razılaşma ilə, namizədin bilik və təcrübələrindən asılı olacaq

Maraqlanan namizədlər  “Anbardar köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərə bilərlər. 

  • Daily151
  • Weekly151
  • Monthly284