Əməliyyatçı mühasib

  • Истекает 24 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qalacıq Şərab komandası üçün məsuliyyətli, rəqəmlərlə dəqiq işləməyi bacaran və peşəkar inkişafa açıq Əməliyyatçı mühasib axtarırıq.

 

Vəzifə öhdəlikləri:

 

·       Şirkətin mühasibatlığının aparılması və gündəlik əməliyyatların real vaxt rejimində icrası;

·       Əməliyyatların daxili uçot sisteminə daxil edilməsi (Odoo ERP biliklərinə üstünlük verilir);

·       Müqavilələrin hazırlanması və sənədləşmə işlərinin sistemli aparılması;

·       Gündəlik satışlarla bağlı E-qaimələrin və müvafiq sənədlərin hazırlanması;

·       Müxtəlif daxili və xarici maliyyə hesabatlarının hazırlanması;

·       Aylıq və dövri vergi, eləcə də statistika hesabatlarının hazırlanaraq müvafiq qurumlara vaxtında göndərilməsi;

 

Namizədə tələblər:

 

·       Müvafiq sahə üzrə ali və ya orta-ixtisas təhsili;

·       Daxili proqram olaraq Odoo ilə işləmə bacarığına üstünlük verilir;

·       Sənədləşmə, hesabatlılıq və rəqəmlərlə dəqiq işləmə bacarığı;

·       E-taxes.gov.az və digər dövlət portalları ilə işləmə təcrübəsi;

·       MS Office proqramlarından (xüsusilə Excel) yaxşı səviyyədə istifadə bacarığı;

·       Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.

 

İş şəraiti:

 

·       Əmək haqqı: 700 AZN

·       İş qrafiki: Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 09:00–15:00

·       İş yeri: Qalacıq, İsmayıllı

·       Rəsmi əmək müqaviləsi.

 

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly291
  • Monthly1764