Arash Company komandası üçün satış sahəsində təcrübəli, texnologiyalara marağı olan, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına malik Tibbi Avadanlıqlar üzrə Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
● Estetik və dermatoloji avadanlıqların aktiv satışının həyata keçirilməsi;
● Yeni müştərilərin cəlb edilməsi və şəxsi müştəri portfelinin formalaşdırılması;
● Həkimlər, klinikalar və tibb mərkəzləri ilə işgüzar əlaqələrin qurulması;
● Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun avadanlıqların təqdim olunması;
● Məhsulların texniki və kommersiya üstünlüklərinin izah edilməsi, demo təqdimatların keçirilməsi;
● Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması;
● Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənməsi vəidarə olunması;
● Aylıq və illik satış hədəflərinin yerinə yetirilməsi ;
● CRM sistemində müştəri məlumatlarının və satış imkanlarının qeydiyyatının aparılması;
● Konfrans, seminar, sərgi və məhsul təqdimatlarında şirkətin təmsil olunması.
Namizədə tələblər
● Ali təhsil (Tibb, Biotibbi mühəndislik, Biznesin idarə edilməsi, Marketinq, Farmasiya və ya digər uyğun ixtisaslar);
● Satış sahəsində minimum 2 il iş təcrübəsi;
● Güclü təqdimat və ünsiyyət bacarığı;
● Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı,
● Rus və ingilis dillərindən hər hansı birini bilmək üstünlükdür.
Üstünlük hesab olunur:
● Tibbi avadanlıqların, estetik və dermatoloji cihazların satışı üzrə təcrübə;
● B kateqoriyalı sürücülük vəsiqəsi.
İş şəraiti
● İş yeri: Bakı şəhəri, F. İbrahimbəyov küç. 19;
● İş rejimi: Həftənin 6 günü, Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 09:00–15:00;
● Rəsmi əmək müqaviləsi;
● Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
● Satış nəticələrinə əsaslanan bonus sistemi;
Müraciət qaydası
Uyğun namizədlərdən öz CV formunu [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Mövzu hissəsində "Tibbi Avadanlıqlar üzrə Satış Meneceri" qeyd etməyiniz vacibdir.