Qalacıq Şərab komandası üçün gündəlik əməliyyatların, istehsalat və təsərrüfat proseslərinin düzgün təşkilini və koordinasiyasını təmin edəcək Operations Manager axtarırıq.
Vəzifə öhdəlikləri
● Müəssisənin gündəlik əməliyyat və iş proseslərinin təşkilində iştirak etmək;
● İstehsalat və təsərrüfat işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını koordinasiya etmək;
● Əməkdaşlar arasında iş bölgüsünün və tapşırıqların icrasının izlənilməsinə dəstək olmaq;
● Təchizat, anbar və logistika proseslərinin koordinasiyasını həyata keçirmək;
● Xammal, material və hazır məhsul ehtiyatlarının uçotuna və hərəkətinə nəzarət etmək;
● Gündəlik iş proseslərində yaranan problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
● Daxili iş qaydalarının və əməliyyat prosedurlarının tətbiqinə nəzarət etmək;
● Əməliyyat prosesləri üzrə məlumatların toplanması və hesabatların hazırlanmasını təmin etmək;
Namizədə tələblər
● Ali təhsil (Biznesin idarə olunması, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
● Əməliyyatların idarə olunması, logistika və ya istehsalat sahəsində minimum 1–2 il iş təcrübəsi;
● İş proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
● Təşkilatçılıq və operativ qərarvermə bacarıqları;
● Analitik düşünmə və problem həll etmə bacarığı;
● Rus və ingilis dilini bilmək üstünlükdür
İş şəraiti
● İş yeri: Qalacıq, İsmayıllı
● Rəsmi əmək müqaviləsi;
● Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;
Müraciət qaydası
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.