Marketinq meneceri

  • Истекает 5 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ekspert Lazer Mərkəzi dermatoloji klinikası üçün Marketinq meneceri vəzifəsinə namizəd axtarırıq.

 

Vəzifə öhdəlikləri

●      Klinikanın marketinq strategiyasının və aylıq/illik fəaliyyət planlarının hazırlanması və icrası;

●      Marketinq kampaniyalarının planlaşdırılması, təşkili və nəticələrinin təhlili;

●      Foto və video çəkilişlərin, reklam və kreativ layihələrin koordinasiyası;

●      Klinikanın xidmətlərinin tanıdılması və pasiyent axınının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin həyata keçirilməsi;

●      Marketinq büdcəsinin planlaşdırılması və xərclərin optimallaşdırılması;

●      Rəqiblərin və bazarın təhlili, yeni marketinq imkanlarının müəyyən edilməsi;

●      Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması və KPI göstəricilərinin izlənilməsi;

●      Marketinq komandası və kənar əməkdaşlarla işin koordinasiyası.

 

Namizədə tələblər:

●      Marketinq / Biznesin idarə olunması sahəsində ali təhsil;

●      Marketinq üzrə minimum 3 il iş təcrübəsi;

●      Rəqəmsal marketinq, sosial media və reklam alətləri üzrə praktiki biliklər;

●      Marketinq strategiyasının və kontent planlarının hazırlanması bacarığı

●      Güclü kommunikasiya, təşkilatçılıq və problem həll etmə bacarıqları;

●      Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər ;

●      Rus dili biliyi üstünlükdür ;

 

İş şəraiti

●      İş yeri: Bakı şəhəri;

●      İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00;

●      Rəsmi əmək müqaviləsi;

●      Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

 

Müraciət qaydası

CV-lərinizi [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mövzu hissəsində "Marketinq meneceri – Ekspert Lazer Mərkəzi" qeyd etməyiniz vacibdir.

  • Daily0
  • Weekly577
  • Monthly578