Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq.
Vəzifə öhdəlikləri:
● Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası;
● Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi;
● Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması;
● Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili;
● SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
● Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
● Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası.
Namizədə tələblər:
● Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil;
● SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi;
● Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər;
● Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı;
● Meta Business Suite və reklam alətləri üzrə biliklər;
● Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı;
● Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı;
İş şəraiti:
● Bakı şəhəri;
● Həftənin 5 günü, 09:00–18:00;
● Rəsmi əmək müqaviləsi;
● Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Müraciət qaydası:
CV-lərinizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.