Tibbi Avadanlıqlar üzrə Satış Meneceri

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Arash Company komandası üçün satış sahəsində təcrübəli, texnologiyalara marağı olan, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına malik Tibbi Avadanlıqlar üzrə Satış Meneceri axtarırıq.


Vəzifə öhdəlikləri


●      Estetik və dermatoloji avadanlıqların aktiv satışının həyata keçirilməsi;

●      Yeni müştərilərin cəlb edilməsi və şəxsi müştəri portfelinin formalaşdırılması;

●      Həkimlər, klinikalar və tibb mərkəzləri ilə işgüzar əlaqələrin qurulması;

●      Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun avadanlıqların təqdim olunması;

●      Məhsulların texniki və kommersiya üstünlüklərinin izah edilməsi, demo təqdimatların keçirilməsi;

●      Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması;

●      Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənməsi vəidarə olunması;

●      Aylıq və illik satış hədəflərinin yerinə yetirilməsi ;

●      CRM sistemində müştəri məlumatlarının və satış imkanlarının qeydiyyatının aparılması;

●      Konfrans, seminar, sərgi və məhsul təqdimatlarında şirkətin təmsil olunması.


Namizədə tələblər


●      Ali təhsil (Tibb, Biotibbi mühəndislik, Biznesin idarə edilməsi, Marketinq, Farmasiya və ya digər uyğun ixtisaslar);

●      Satış sahəsində minimum 2 il iş təcrübəsi;

●      Güclü təqdimat və ünsiyyət bacarığı;

●      Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı,

●      Rus və ingilis dillərindən hər hansı birini bilmək üstünlükdür.


Üstünlük hesab olunur:


●      Tibbi avadanlıqların, estetik və dermatoloji cihazların satışı üzrə təcrübə;

●      B kateqoriyalı sürücülük vəsiqəsi.


İş şəraiti


●      İş yeri: Bakı şəhəri, F. İbrahimbəyov küç. 19;

●      İş rejimi: Həftənin 6 günü, Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 09:00–15:00;

●      Rəsmi əmək müqaviləsi;

●      Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;

●      Satış nəticələrinə əsaslanan bonus sistemi;


 

Müraciət qaydası


Uyğun namizədlərdən öz CV formunu [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Mövzu hissəsində "Tibbi Avadanlıqlar üzrə Satış Meneceri" qeyd etməyiniz vacibdir.

  • Daily12
  • Weekly577
  • Monthly578