Digital Marketing Manager

  • Истекает 3 сентябрь 2026

Vəzifə öhdəlikləri:

·      Meta Ads, Google Ads, TikTok Ads, LinkedIn Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq.

·      Rəqəmsal reklam büdcəsinin səmərəli idarə olunmasını təmin etmək.

·      Hədəf auditoriyanı, istehlakçı davranışlarını və bazar trendlərini təhlil edərək effektiv reklam strategiyaları hazırlamaq.

·      Məhsul, büdcə və hədəf auditoriyaya uyğun ən effektiv reklam kanallarını müəyyənləşdirmək.

·      Reklam kampaniyalarının nəticələrini təhlil etmək, mütəmadi hesabatlar hazırlamaq və optimallaşdırma təklifləri vermək.

·      Google Analytics 4 (GA4), Google Tag Manager (GTM), Meta Events Manager və digər analitika alətləri vasitəsilə istifadəçi davranışını və reklam nəticələrini izləmək.

·      Reklamlarda A/B testləri keçirmək və ən effektiv reklam variantlarını müəyyənləşdirmək.

·      Veb-saytın performansını təhlil etmək, trafik və konversiyanın artırılması üzrə təkliflər hazırlamaq.

·      SEO üzrə işləri koordinasiya etmək və ya outsource tərəfdaşın fəaliyyətinə nəzarət etmək.

·      KPI, ROI, ROAS, ROMI, CPA, CPL və digər performans göstəricilərini izləmək və təhlil etmək.

·      Digital bazarı, yeni texnologiyaları və rəqiblərin fəaliyyətini izləyərək biznes üçün yeni həllər və marketinq alətləri təklif etmək.

·      Marketinq komandası ilə əməkdaşlıq edərək rəqəmsal kampaniyaların hazırlanmasını və icrasını təmin etmək.

·      Françayzer və korporativ brend standartlarına riayət olunmasını təmin etmək (zəruri hallarda).

·      Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

Tələblər:

·      Digital Marketinq və ya Performance Marketing sahəsində minimum 5 il iş təcrübəsi.

·      Meta Ads, Google Ads, TikTok Ads platformalarında praktiki təcrübə.

·      GA4, Google Tag Manager, Google Search Console, Meta Ads Manager və SEO/SEM üzrə biliklər.

·      Reklam büdcəsinin idarə olunması və göstəricilərinin təhlili bacarığı.

·      Excel proqramını yaxşı səviyyədə bilmək və analitik düşüncə tərzinə sahib olmaq.

·      E-commerce və Retail sahəsində təcrübə.

·      Rus və ingilis dili bilikləri üstünlükdür.

·      Məsuliyyətli, nəticəyönümlü, analitik düşüncəli və komanda ilə işləmək bacarığı.

 

Şərtlər:

·      Əmək haqqı: Müsahibə əsasında

·      AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

·      İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00

·      Şirkət tərəfindən naharla təmin olunur

·      Peşəkar inkişaf və karyera imkanları

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily92
  • Weekly195
  • Monthly212