SMM & Community Specialist

  • Истекает 3 сентябрь 2026

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarını idarə etmək və gündəlik fəaliyyətini təşkil etmək.
  • Kontent planının hazırlanmasında iştirak etmək və paylaşım qrafikinin icrasını təmin etmək.
  • Sosial media, veb-sayt və digər rəqəmsal platformalar vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq, ilkin məlumatlandırmanı aparmaq və aidiyyəti üzrə satış şöbəsinə yönləndirmək.
  • Daxil olan müraciətlərin uçotunu aparmaq, nəticələrini izləmək və mütəmadi hesabatlar hazırlamaq.
  • Visual Content Creator ilə birlikdə foto və video çəkilişlərini planlaşdırmaq və koordinasiya etmək.
  • Şirkətin kommunikasiya üslubuna uyğun olaraq sosial media icması ilə peşəkar əlaqələri idarə etmək.
  • Sosial media postları və reklam kampaniyaları üçün cəlbedici mətnlərin (copywriting) yazılması.
  • B2B əməkdaşlıqların yaradılması məqsədilə potensial tərəfdaşları araşdırmaq, əməkdaşlıq təklifləri hazırlamaq və ilkin əlaqələri təşkil etmək.
  • E-mail marketinq kampaniyalarının hazırlanmasında iştirak etmək, kommunikasiya mətnlərini hazırlamaq və göndəriş prosesini koordinasiya etmək.
  • Rəqəmsal platformalarda şirkətin reputasiyasını izləmək, istifadəçi rəylərini və şikayətlərini aidiyyəti üzrə yönləndirmək.
  • Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

 

Tələblər:

  • Mobiloqrafiya, sosial media kontent istehsalı və ya rəqəmsal media sahəsində minimum 3 il iş təcrübəsi;
  • TikTok, Instagram Reels və YouTube Shorts platformalarının alqoritmləri, kontent formatları və trend yanaşmaları barədə dərin bilik;
  • Qeyd olunan platformalar üçün peşəkar ssenari, cəlbedici mətnlər və kreativ ideyalar hazırlamaq bacarığı;
  • Kreativ düşüncə və yüksək vizual zövq;
  • İnnovasiyalara açıq olmaq, AI texnologiyalarını və yeni alətləri sürətlə mənimsəyib iş prosesində tətbiq etmək bacarığı;
  • Rəqəmsal media trendlərini yaxından izləmək və innovativ həllər təklif etmək;
  • Güclü ünsiyyət, komanda daxilində effektiv əməkdaşlıq və vaxtın düzgün idarə olunması (eyni vaxtda bir neçə layihəni idarə edib son tarixlərə riayət etmək bacarığı);
  • İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət 

 

Şərtlər:

·      Əmək haqqı: Müsahibə əsasında

·      AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

·      İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00

·      Şirkət tərəfindən naharla təmin olunur

·      Peşəkar inkişaf və karyera imkanları

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily85
  • Weekly188
  • Monthly205