Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarını idarə etmək və gündəlik fəaliyyətini təşkil etmək.
- Kontent planının hazırlanmasında iştirak etmək və paylaşım qrafikinin icrasını təmin etmək.
- Sosial media, veb-sayt və digər rəqəmsal platformalar vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq, ilkin məlumatlandırmanı aparmaq və aidiyyəti üzrə satış şöbəsinə yönləndirmək.
- Daxil olan müraciətlərin uçotunu aparmaq, nəticələrini izləmək və mütəmadi hesabatlar hazırlamaq.
- Visual Content Creator ilə birlikdə foto və video çəkilişlərini planlaşdırmaq və koordinasiya etmək.
- Şirkətin kommunikasiya üslubuna uyğun olaraq sosial media icması ilə peşəkar əlaqələri idarə etmək.
- Sosial media postları və reklam kampaniyaları üçün cəlbedici mətnlərin (copywriting) yazılması.
- B2B əməkdaşlıqların yaradılması məqsədilə potensial tərəfdaşları araşdırmaq, əməkdaşlıq təklifləri hazırlamaq və ilkin əlaqələri təşkil etmək.
- E-mail marketinq kampaniyalarının hazırlanmasında iştirak etmək, kommunikasiya mətnlərini hazırlamaq və göndəriş prosesini koordinasiya etmək.
- Rəqəmsal platformalarda şirkətin reputasiyasını izləmək, istifadəçi rəylərini və şikayətlərini aidiyyəti üzrə yönləndirmək.
- Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Mobiloqrafiya, sosial media kontent istehsalı və ya rəqəmsal media sahəsində minimum 3 il iş təcrübəsi;
- TikTok, Instagram Reels və YouTube Shorts platformalarının alqoritmləri, kontent formatları və trend yanaşmaları barədə dərin bilik;
- Qeyd olunan platformalar üçün peşəkar ssenari, cəlbedici mətnlər və kreativ ideyalar hazırlamaq bacarığı;
- Kreativ düşüncə və yüksək vizual zövq;
- İnnovasiyalara açıq olmaq, AI texnologiyalarını və yeni alətləri sürətlə mənimsəyib iş prosesində tətbiq etmək bacarığı;
- Rəqəmsal media trendlərini yaxından izləmək və innovativ həllər təklif etmək;
- Güclü ünsiyyət, komanda daxilində effektiv əməkdaşlıq və vaxtın düzgün idarə olunması (eyni vaxtda bir neçə layihəni idarə edib son tarixlərə riayət etmək bacarığı);
- İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət
Şərtlər:
· Əmək haqqı: Müsahibə əsasında
· AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
· İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00
· Şirkət tərəfindən naharla təmin olunur
· Peşəkar inkişaf və karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.