Tələblər:
- Ali təhsil (iqtisadiyyat, biznesin inkişafı);
- Əlaqəli sahə üzrə minimum 2 il təcrübə;
- MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
- İngilis dili biliyi mütləqdir, rus dili arzuolunandır;
- Analitik düşüncə, kommunikasiya və danışıqlar aparmaq
Vəzifə öhdəlikləri:
- İçki kateqoriyasına aid məhsul strategiyalarını hazırlamaq və həyata keçirmək.
- Satış hədəfləri və büdcə tələblərinə uyğun olaraq məhsul portfelini idarə etmək.
- Rəqabət analizi aparmaq, bazar tendensiyalarını izləmək və yenilikləri tətbiq etmək.
- Satış komandası və digər bölmələr ilə sıx əməkdaşlıq edərək məhsulun uğurunu artırmaq.
- İçki məhsullarının təqdimatını və marketinq strategiyalarını idarə etmək.
- Müştəri əlaqələrini gücləndirmək və yeni potensial müştəriləri cəlb etmək.
- İllik və rüb hesabatlarını hazırlamaq, nəticələri təhlil etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kateqoriya müdiri (içki kateqoriyası)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər.