Araz Supermarketlər Şəbəkəsi "Kontent üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Videolara sima kimi çəkilmək
- Foto/video çəkilişlərinin kordinasiyası
- Brend strategiyasına uyğun aylıq və illik kontent planların hazırlanması
- Ssenarilərin yazılması, çəkiliş komandasına brif verilməsi və prosesin koordinasiyası.
- Reklam çarxları, sloqanlar, bannerlər, kampaniya mesajları, üçün mətn və bloqların yazılması
- Araz Life səhifəsinin idarə edilməsi, müvafiq strukturlarla kordinasiya
Tələblər
- TV və ya video məzmun hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
- Şirkətin daxili və xarici kommunikasiya kanallarında yayımlanacaq videolarda sima olaraq çəkilmək;
- Ssenari yazmaq, ideya hazırlamaq və komanda ilə işləmək bacarığı;
- Kamera ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazı və nitq;
- Məsuliyyətli, yaradıcı, təşəbbüskar və çevik olmaq;
İş şəraiti
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kontent üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.