Araz Supermarketlər Şəbəkəsi "Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Şirkətin daxili və xarici tədbirlərinin planlaşdırılması və idarə edilməsi;
- Tədbirlərin konsepsiyasının hazırlanması, proqramın formalaşdırılması və icra prosesinin koordinasiyası;
- Layihələrin planının, vaxt qrafikinin və risklərinin idarə olunması;
- Tədbirlər üçün məkan, təchizatçı və tərəfdaşların seçilməsi, müqavilə və əməkdaşlıq proseslərinin koordinasiyası;
- Müxtəlif departamentlərlə sıx əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
- Tədbir və layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili və inkişaf təkliflərinin təqdim edilməsi;
- Tədbirlərin kommunikasiya planının hazırlanmasına dəstək göstərmək
- İnfluencerlər ilə əməkdaşlıq
Tələblər
- Marketinq, Biznesin İdarəedilməsi, Menecment, İctimaiyyətlə Əlaqələr və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Tədbirlərin təşkili, layihələrin idarə olunması və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Layihələrin planlaşdırılması və koordinasiyası üzrə praktiki biliklər;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.