Öhdəliklər
- Dövlətin vergi qanunvericiliyinə uyğun olaraq departamentin fəaliyyətini təşkil etmək və idarə etmək.
- Vergi qanunlarında baş verən dəyişiklikləri izləmək və şirkətə uyğunlaşdırmaq.
- Vergi öhdəliklərini vaxtında və düzgün yerinə yetirmək.
- Şirkətin vergi yükünü optimallaşdırmaq üçün vergi planlaşdırması və strateji yanaşmalar hazırlamaq.
- Vergi risklərini minimuma endirmək üçün tədbirlər görmək və vergi strategiyalarını inkişaf etdirmək.
- Vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək və şirkət üçün vergi optimallaşdırılması tədbirləri görmək.
- Vergi sistemindəki inkişafları izləyərək, yeni siyasət və prosedurların tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 7-10 il iş təcrübəsi
- Rəhbər vəzifədə ən az 5 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- PMS sertifikatı
- Güclü ünsiyyət bacarığı
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Liderlik keyfiyyətləri
- Yenilikçi yanaşmalar və həllər təklif etmə bacarığı.
Təminatlar
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi Departamentinin Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.