Araz Supermarketlər Şəbəkəsi "Xərclərə nəzarət üzrə Analitik" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;
- Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;
- Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;
- Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;
- Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;
- Xərc dinamikası və trend analizləri aparmaq;
- Büdcələşdirmə və forecast proseslərinə analitik dəstək göstərmək;
- Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;
- Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;
- Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;
- Retail/FMCG sektorunda təcrübə üstünlükdür;
- Excel üzrə yüksək səviyyədə bilik;
- Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
- Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;
- Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;
- SAP ilə iş təcrübəsi üstünlükdür;
- Power BI biliyi üstünlükdür. SAP bilikləri üstünlükdür
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xərclərə nəzarət üzrə Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.