İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
- Cəmiyyətin fəaliyyətində ortaya çıxmış mübahisəli hüquqi məsələlərə dair rəylərin, dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
Tələblər:
- Yaş: 35- 50 yaş
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
- Korporativ Hüquq Tikinti sahəsində 3 ildən az almayaraq iş təcrübəsi;
- Namizəd Azərbaycan Respublikası-nın mülki qanunvericiliyini, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
- Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Baş hüquqşünas” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.