Avtomobil və Ehtiyat Hissələri üzrə Expert / Müştəri ilə İş Mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avtomobil və Ehtiyat Hissələri üzrə Expert / Müştəri ilə İş Mütəxəssisi

  • Истекает 29 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizə avtomobil sahəsində dərin biliklərə, analitik təfəkkürə və yüksək iknaetmə qabiliyyətinə malik dinamik Bəy namizədlər axtarırıq!

Tələblər:

  • Təcrübə: Avtomobil sahəsində iş təcrübəsi mütləqdir (Avto ehtiyat hissələrindən anlayışı olan və ya sığorta şirkətlərində avto-qiymətləndirmə/zərər üzrə işləmiş namizədlərə üstünlük verilir).
  • Dil bilikləri: Rus dili bilməsi üstünlükdür.
  • Cins: Bəy namizədlər.
  • Yaş həddi: 23 – 35 yaş.

Bacarıqlar:

  • Avtomobilləri və ehtiyat hissələrini dəqiq analiz etmək qabiliyyəti;
  • Müştərilərlə inandırıcı, savadlı və peşəkar danışıqlar aparmaq bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü iş yanaşması.

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin və ehtiyat hissələrinin analizi, dəyərləndirilməsi;
  • Müştərilərlə əlaqə saxlanılması, danışıqların aparılması və iknaedici təqdimatların olunması;
  • Sorğuların vaxtında emal edilməsi və prosesin tam izlənilməsi.

İş şəraiti və qrafiki:

  • İş rejimi: 5 iş günü (ehtiyac olduqda 6-cı gün iş günü ola bilər).
  • İş saatları: 14:00 – 21:00 — Ofisdən iş; / 21:00 – 00:00 — Evdən onlayn
  • Əməkhaqqı: Fix 1000 AZN + Bonus (KPI sistemi) (Göstəricilərinizə uyğun olaraq yüksək gəlir imkanı).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

Qeyd: Mövzu hissəsində " Expert " yazmağınız xahiş olunur

  • Daily1
  • Weekly539
  • Monthly1