ARI Xaricdə Təhsil Mərkəzi və BDM Beynəlxalq Dil Mərkəzi komandamıza Tədris Şöbəsi Koordinatoru vəzifəsinə məsuliyyətli, təşkilatçı və akademik prosesləri idarə edə bilən əməkdaş axtarır.
Namizəd şirkətdə həyata keçirilən dil kurslarının və imtahan hazırlığı proqramlarının təşkilinə, müəllimlərin və dərs cədvəllərinin koordinasiyasına, tələbələrin tədris prosesinin izlənilməsinə və kursların vaxtında başlayıb başa çatmasına cavabdeh olacaq.
Bu vəzifə yalnız dərs cədvəli hazırlamaq deyil. Namizəd Tədris Şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında, müəllimlər və tələbələr arasında əlaqənin təmin edilməsində və tədris keyfiyyətinə nəzarətdə aktiv rol oynayacaq.
Vəzifə öhdəlikləri:
- BDM-də keçirilən dil kurslarının və hazırlıq proqramlarının gündəlik təşkilini və koordinasiyasını həyata keçirmək;
- Alman və İngilis dili kursları, ÖSD, IELTS, Duolingo, SAT və digər hazırlıq proqramlarının tədris prosesini koordinasiya etmək;
- Yeni qrupların formalaşdırılmasını təşkil etmək;
- Tələbələrin səviyyəsinə və məqsədinə uyğun qruplara yerləşdirilməsini təmin etmək;
- Lazım olduqda səviyyə müəyyənləşdirmə və placement prosesini təşkil etmək;
- Müəllimlərin dərs cədvəllərini hazırlamaq və koordinasiya etmək;
- Müəllimlərin dərs yükünü planlaşdırmaq;
- Müəllimlərin dərslərə vaxtında başlamasına və dərsləri plan üzrə keçirməsinə nəzarət etmək;
- Hər bir qrup üzrə dərslərin başlama və bitmə tarixlərini müəyyənləşdirmək, sistemdə qeyd etmək və mütəmadi olaraq izləmək;
- Qrupun bitmə tarixinə yaxınlaşdıqda tələbələrin növbəti səviyyəyə və ya davam kursuna keçidini planlaşdırmaq;
- Yeni qrupların açılması və mövcud qrupların bağlanması prosesini izləmək;
- Dərs jurnallarının düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- Tələbələrin davamiyyətini izləmək;
- Davamiyyəti zəif olan və ya kursu dayandırmaq riski olan tələbələri müəyyənləşdirmək;
- Kursu dayandıran və ya davam etməyən tələbələrin səbəblərini araşdırmaq və rəhbərliyə məlumat vermək;
- Keçirilməyən dərsləri və kompensasiya dərslərini izləmək;
- Müəllim məzuniyyəti, xəstəlik və digər səbəblərlə dərsə çıxa bilmədikdə əvəzedici müəllim məsələsini təşkil etmək;
- Müəllimlərin dəyişdirilməsi və yeni müəllimlərin qruplara təyin olunmasını koordinasiya etmək;
- Tədris materiallarının və proqramlarının vaxtında hazırlanmasına nəzarət etmək;
- Tələbələrin akademik nəticələrini izləmək;
- Müəllimlərdən tələbələrin nəticələri barədə mütəmadi məlumat almaq;
- Tələbə və müəllimlər arasında yaranan tədris problemlərinin ilkin həllini təşkil etmək;
- Tələbə şikayət və narazılıqlarını qəbul etmək və aidiyyəti məsələləri rəhbərliyə təqdim etmək;
- ÖSD, IELTS, SAT və digər imtahanlara hazırlaşan tələbələr üçün imtahan tarixlərinə uyğun dərs planlarının hazırlanmasını koordinasiya etmək;
- Xaricdə Təhsil Şöbəsi ilə əməkdaşlıq edərək xaricdə təhsil planlayan tələbələrin dil hazırlığını təşkil etmək;
- Marketinq Şöbəsinə yeni qrupların açılması, qrupda boş yerlər, dərslərin başlama tarixləri və proqramlar barədə vaxtında məlumat vermək;
- Front Office ilə koordinasiya edərək yeni müraciət edən tələbələrin düzgün kurs və qrupa yönləndirilməsini təmin etmək;
- CRM və digər daxili sistemlərdə tələbə və kurs məlumatlarının aktual saxlanılmasına nəzarət etmək;
- Tədris prosesinin göstəriciləri üzrə həftəlik və aylıq hesabat hazırlamaq;
- Direktor müavininə / İcraedici İdarəçiyə Tədris Şöbəsinin fəaliyyəti barədə mütəmadi hesabat təqdim etmək;
- Rəhbərliyin verdiyi digər tədris və təşkilati tapşırıqları yerinə yetirmək.
Tədris Şöbəsi Koordinatorunun Əsas KPI-ları:
- Qrupların vaxtında açılması;
- Dərslərin planlaşdırılmış tarixlərdə başlaması;
- Qrupların planlaşdırılmış tarixlərdə tamamlanması;
- Dərslərin keçirilmə faizi;
- *Müəllimlərin davamiyyət və intizam göstəriciləri;
- Tələbələrin davamiyyət göstəriciləri;
- Tələbə saxlama faizi;
- Kursu yarımçıq dayandıran tələbələrin sayı;
- Tələbə məmnuniyyəti;
- Qrup doluluğu;
- Yeni qrupların formalaşdırılma sürəti;
- Müəllim əvəzetmələrinin vaxtında təşkili;
- Jurnalların və tədris sənədlərinin düzgün aparılması;
- Tədris problemlərinin həll edilmə sürəti.
Tələblər:
- Ali təhsil;
- Təhsil, dil kursu, akademik koordinasiya və ya oxşar sahədə iş təcrübəsi;
- Tədris prosesinin təşkili və koordinasiyası üzrə təcrübə;
- Müəllimlərlə işləmək bacarığı;
- Tələbələrlə düzgün kommunikasiya qurmaq bacarığı;
- Güclü təşkilatçılıq və planlama qabiliyyəti;
- Məsuliyyətli və operativ olmaq;
- Eyni anda bir neçə işi idarə etmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- CRM və digər idarəetmə sistemlərini öyrənmək və istifadə etmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
Üstünlük hesab olunur:
- Dil kursunda və ya təhsil mərkəzində iş təcrübəsi;
- Tədris koordinatoru və ya akademik koordinator kimi iş təcrübəsi;
- Alman dili üzrə iş təcrübəsi;
- İngilis dili üzrə iş təcrübəsi;
- ÖSD, IELTS, SAT və digər beynəlxalq imtahan hazırlığı proqramları ilə tanışlıq;
- Xaricdə təhsil sahəsində iş təcrübəsi;
- CRM sistemləri ilə iş təcrübəsi.
Biz nə təklif edirik?
- Stabil əmək haqqı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Təhsil və dil sektorunda inkişaf edən komandada çalışma imkanı;
- Təlim və inkişaf imkanları;
- Nəticələrə əsaslanan karyera yüksəlişi;
- Dinamik və peşəkar iş mühiti.
İş şərtləri:
- İş yeri: Bakı
- İş qrafiki: 6 günlük iş qrafiki
- Əmək haqqı: müsahibə mərhələsində müzakirə olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tədris Şöbəsi Koordinatoru” qeyd etməyiniz xahiş olunur.