Güvənli və peşəkar komandamıza texniki baza qura biləcək, rəqəmsal proseslərimizi inkişaf etdirəcək təcrübəli bir IT Menecer axtarırıq.
Yerləşmə yeri: Bakı, Əhməd Rəcəbli 156
İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri
- Şirkətin IT infrastrukturunun idarə olunması
- CRM sistemi və digər daxili proqram təminatlarının inzibatı və inkişafı
- Veb-sayt və rəqəmsal platformaların texniki dəstəyi və yenilənməsi
- Əməkdaşlar üçün texniki dəstəyin göstərilməsi, süni intellekt bacarıqlarının tətbiqi
- IT layihələrinin icrasına nəzarət
- Yeni texnoloji həllərin araşdırılması və tətbiqi
Namizədə tələblər
- Analoji sahədə minimum 2–3 illik iş təcrübəsi (turizm sektorunda təcrübə üstünlükdür)
- CRM sistemləri ilə iş təcrübəsi (Base44 və ya oxşar platformalarla tanışlıq üstünlükdür)
- Proqramlaşdırma dillərindən məlumatlı olmaq
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində normal ünsiyyət bacarığı
- Yüksək məsuliyyət hissi, detallara qarşı diqqətlilik
- Komanda ilə işləmə bacarığı, problemləri sürətli və effektiv həll etmə qabiliyyəti
Bizim təkliflər
- Rəsmiyyət: AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
- İnkişaf: Karyera yüksəlişi imkanları
- Qrafik: Normativlərə uyğun iş rejimi
- Motivasiya: Bilik və bacarıq səviyyəsinə uyğun, qarşılıqlı razılaşma əsasında təyin olunan yüksək əmək haqqı + bonus sistemi
- Rəhbərlik tərəfindən mütəmadi həvəsləndirici mükafatlar
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.