Army Group Army Group
  • 389

Army Group

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 4 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
  • Əmək haqqı: 3000-4000 AZN (Müsahibə əsasında dəyişə bilər)
  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatı: 09:00 – 18:00
  • Təklif edirik: Mobil nömrəynən təminat, nahar yeməyi

Şirkətimiz maliyyə və mühasibatlıq sahəsində yüksək peşəkarlığa malik, analitik düşüncəli, məsuliyyətli və idarəetmə bacarığı olan namizədləri Baş Mühasib vəzifəsinə dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının düzgün uçotunun təmin edilməsi və nəzarətdə saxlanılması;
  • Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlanaraq təqdim olunması;
  • Vergi orqanları, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi, banklar və digər dövlət qurumları ilə yazışmaların aparılması;
  • Elektron qaimələrin, vergi hesab-fakturalarının və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması;
  • Debitor və kreditor borclarının idarə olunması və mütəmadi monitorinqinin aparılması;
  • Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və hesablaşmaların icrasına nəzarət;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Daxili maliyyə nəzarət sisteminin qurulması və təkmilləşdirilməsi;
  • Mühasibatlıq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və nəzarəti;
  • Audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və audit prosesinin müşayiət edilməsi;
  • Şirkətin maliyyə risklərinin qiymətləndirilməsi,analiz olunması və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması.

 Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə dərin biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində praktiki təcrübə;
  • 1C, ERP sistemləri və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarığı;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək;
  • Komanda idarəetməsi və ünsiyyət bacarıqları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 051-207-27-31

  • Daily0
  • Weekly570
  • Monthly570