ARNE Group MMC ARNE Group MMC
  • 456

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 16 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinin, ona nəzarətin, operativ məlumatların təqdim edilməsinin təmin edilməsi, habelə, Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak edilməsi;
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizinin aparılması;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarının tərtib edilməsi;
  • Biznes planların tərtibatı üçün materialların hazırlanması;
  • Aylıq, rüblük, illik maliyyə planının hazırlanması, təhlili və nəzarətinin həyata keçirilməsi;
  • Müəyyən olunmuş maliyyə risklərinin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanması;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; 
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
  • Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə kreditor və debitorlarla kreditor və debitor hesablarının dəqiq qeydiyyatının aparılması, üzləşmələrin vaxtında və düzgün aparılması və sənədləşdirilməsinin təmin edilməsi;
  • Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Cəmiyyət üzrə əmək haqqı fondunun düzgün xərclənməsi, vəzifə maaşlarının və əlavələrin əmək müqavilələrinə uyğun hesablanması, ödənilməsinin təmin edilməsi və nəzarət edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bak şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 3000-3500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində);
  • Baş mühasib vəzifəsində 5 il iş təcrübəsi;
  • Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
  • Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) olması mütləqdir;
  • 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq.  

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily38
  • Weekly205
  • Monthly1651