A ARNE Group MMC
  • 2.2K

Sürücü

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sürücü

  • Истекает 28 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Avtomobili yol hərəkəti qaydalarına riayət edərək diqqətlə və peşəkarcasına, sərnişinlərin həyat və sağlamlığının qorunmasını nəzərə alaraq idarə etmək;
  • Hərəkət zamanı təhlükəsiz sürət və məsafə seçərək qəza hallarının qarşısını almaq;
  • Avtomobili yalnız qorunan və təhlükəsiz dayanacaqlarda saxlamaq;
  • Avtomobilin texniki vəziyyətinə daimi nəzarət etmək, təhlükəsiz istismarı təmin etmək məqsədilə istismar təlimatına uyğun tədbirlər görmək;
  • Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzinə aparmaq, texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
  • Avtomobilin mühərrikinin və salonunun təmizliyini təmin etmək.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Namizədə dair tələblər:

  • Etibarlı sürücülük vəsiqəsi (B kateqoriyası və ya daha yüksək);
  • Rəhbər şəxslərin sürücüsü vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Yol hərəkəti qaydaları üzrə dərin bilik və məsuliyyətli yanaşma; 
  • Avtomobilin texniki quruluşu və istismar qaydaları haqqında biliklərin olması;
  • Dəqiq marşrut planlaması və vaxtın düzgün idarə olunması bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik və operativlik;
  • İşində səliqəli və dəqiq olmaq, etik davranış və peşəkar ünsiyyət bacarığına malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sürücü” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily111
  • Weekly624
  • Monthly504