Satış təmsilçisi

  • Истекает 4 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aroma Magic komandası olaraq aroma diffuser cihazları və premium ətir sistemlərinin satışı sahəsində fəaliyyət göstərən mağazamız üçün məsuliyyətli, ünsiyyətcil və satış bacarığı yüksək olan xanım əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Aroma diffuser cihazları və ətirlər haqqında müştərilərə ətraflı məlumat vermək;
  • Satış prosesini peşəkar şəkildə həyata keçirmək;
  • Mövcud və potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıqlar qurmaq;
  • Mağaza vitrininin və məhsulların səliqəli və cəlbedici şəkildə təqdim olunmasına nəzarət etmək;
  • Mağazanın ümumi nizam-intizamını qorumaq.

Tələblər:

  • Rus dili biliyi
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Satış sahəsində təcrübə arzuolunandır;
  • Məsuliyyətli, enerjili və xoş ünsiyyət qurma bacarığı.

İş qrafiki:

  • Həftənin 6 günü
  • Saat: 10:00 – 20:00
  • Həftədə 1 gün istirahət (həftə içi istənilən gün seçilə bilər)

Əmək şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Aylıq əmək haqqı: 800 AZN
  • Mağaza satışlarından əlavə 3% bonus

CV-nizi və ya özünüz haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 070 804 04 54 whatsapp nömrəsinə də göndərə bilərsiniz.

Aroma Magic komandasında sizinlə işləməkdən məmnun olarıq!

  • Daily122
  • Weekly692
  • Monthly692