Satış təmsilçisi

  • Истекает 3 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aroma Magic komandası olaraq aroma diffuser cihazları və premium ətir sistemlərinin satışı sahəsində fəaliyyət göstərən mağazamız üçün məsuliyyətli, ünsiyyətcil və satış bacarığı yüksək olan xanım əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Aroma diffuser cihazları və ətirlər haqqında müştərilərə ətraflı məlumat vermək;
  • Satış prosesini peşəkar şəkildə həyata keçirmək;
  • Mövcud və potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıqlar qurmaq;
  • Mağaza vitrininin və məhsulların səliqəli və cəlbedici şəkildə təqdim olunmasına nəzarət etmək;
  • Mağazanın ümumi nizam-intizamını qorumaq.

Tələblər:

  • Xanım namizəd
  • Rus dili biliyi
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Satış sahəsində təcrübə arzuolunandır;
  • Məsuliyyətli, enerjili və xoş ünsiyyət qurma bacarığı.

İş qrafiki:

  • Həftənin 6 günü
  • Saat: 10:00 – 20:00
  • Həftədə 1 gün istirahət (həftə içi istənilən gün seçilə bilər)

Əmək şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Aylıq əmək haqqı: 800 AZN
  • Mağaza satışlarından əlavə 3% bonus

CV-nizi və ya özünüz haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Satış təmsilçisi başlığı ilə göndərə bilərsiniz.

Aroma Magic komandasında sizinlə işləməkdən məmnun olarıq!

  • Daily2
  • Weekly2
  • Monthly402