A Around Business Group
  • 934

Around Business Group

Other

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 24 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar komandamıza təcrübəli mühasib axtarılır!

Tələblər:

  • Minimum 2-3 il mühasibatlıq təcrübəsi
  • Sıfırdan mühasibatlıq sisteminin qurulması bacarığı
  • Rus dilində sərbəst ünsiyyət
  • Yaş: 25 – 45
  • Ali Təhsil (Maliyyə, iqtisadiyyat,mühasibatlıq sahəsi üzrə arzuolunandır)
  •  MS Office, 1C, E-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər.
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və analitik düşüncəli olmaq

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq sisteminin qurulması və idarə olunması
  • Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim olunması
  • Bank əməliyyatlarının aparılması
  • Gəlir və xərclərin uçotu, sənədləşmələrin düzgün aparılması
  • Mühasibatlıq sənədlərinin yoxlanması və arxivləşdirilməsi
  • Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim edilməsi
  • İşçilərin əməkhaqqının, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin düzgün hesablanması və uçotu
  • Vergi və sosial ayırmaların hesablanması və ödənişlərinin həyata keçirilməsi
  • Debitor və kreditor borcların idarə olunması
  • E-qaimə və e-vergi portallarında işləmək
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • İş yeri: İçərişəhər metrosunun yaxınlığı
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

Xahiş olunur ancaq təcrübəli və rus dilini bilən namizədlər müraciət eləsin! 

Müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçtuna CV-ni göndərməyiniz xahiş olunur 

  • Daily6
  • Weekly465
  • Monthly2211