Vəzifə öhdəlikləri:
- Sayt üzərindən verilən sifarişləri izləmək, alışa başlayıb tamamlamayan istifadəçilərlə əlaqə saxlayaraq səbəbləri müəyyənləşdirmək və alış prosesini tamamlamağa təşviq etmək;
- Çat, email və telefon vasitəsilə daxil olan müraciətləri cavablandırmaq, məhsullar və sifarişlərlə bağlı müştərilərə dəstək göstərmək;
- Müştəri, satıcı və kuryer arasında əlaqə quraraq çatdırılma zamanı yaranan problemləri həll etmək;
- Müştəriləri alış prosesi boyunca – məhsulun seçilməsindən çatdırılmaya qədər – müşayiət etmək və suallarını cavablandırmaq;
- Satıcılara platformada qarşılaşdıqları texniki və funksional çətinliklərdə yardım göstərmək;
- Yeni istifadəçilərə platformadan istifadə qaydalarını, məhsul yerləşdirmə və sifariş formalaşdırma prosesini izah etmək;
- CRM, trekerlər və digər daxili sistemlərdə işləmək, məlumatların və hesabatların düzgünlüyünü yoxlamaq;
- Texniki dəstək, marketinq və digər komandalarla əməkdaşlıq edərək müraciətlərin cavablandırılmasını təmin etmək;
- Platformadakı istifadəçi aktivliyini artırmaq üçün təşəbbüskar olmaq və texniki problemlərin aradan qaldırılmasına dəstək vermək.
Tələblər:
- Ali təhsil (Kommunikasiya, Marketinq və ya oxşar sahə üzrə diplom üstünlükdür).
- Müştəri xidməti,texniki dəstək, çağrı mərkəzi və ya onlayn moderator sahəsində 1-3 il təcrübə.
- Azərbaycan və rus dilli və ya ingilis dillində səlis danışıq
- Eyni anda çoxsaylı sorğuları idarə etmək və sürətli işləmək bacarığı.
- CRM sistemləri ilə işləmək bacarığı (Zendesk, Salesforce – üstünlükdür).
- Onlayn platformalarda rahat işləmək, tapşırıqları və müraciətləri idarə etmək, kommunikativ və operativ olmaq bacarığı.
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək.
Biz təklif edirik:
- Əmək haqqı: 1200 – 1500 AZN
- Rəsmi əmək müqaviləsi.
- 2 iş günü / 2 istirahət günü
- İş saatları: 10:00 – 22:00
- İş yeri: İçərişəhər metrosunun yaxınlığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.