Around Group Around Group
  • 383

Təlim üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təlim üzrə Mütəxəssis

  • Истекает 11 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz əməkdaşların davamlı inkişafı və effektiv korporativ təlim sisteminin qurulması istiqamətində strateji rol oynayacaq peşəkar Təlim üzrə Mütəxəssis axtarırıq!

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə kompleks və sistemli təlim və inkişaf modelinin hazırlanması və tətbiqi
  • Satış, müştəri xidməti, idarəetmə və soft skills istiqamətləri üzrə təlim proqramlarının hazırlanması və keçirilməsi
  • Müasir təlim metodologiyalarının (interaktiv təlim, blended learning, case study və s.) tətbiqi
  • Şirkət rəhbər heyəti üçün treninq, vorkşop və onlayn/oflayn təlimlərin təşkili və keçirilməsi
  • Əsas (strateji) müştərilər üçün xüsusi təlim proqramlarının hazırlanması və mütəmadi yenilənməsi
  • Təlim və inkişaf şöbəsi əməkdaşlarının peşəkar kompetensiyalarının inkişaf etdirilməsi
  • Komanda effektivliyinin qiymətləndirilməsi və fərdi KPI sisteminin qurulması və tətbiqi
  • Koçinq və mentorluq proseslərinin təşkili və idarə olunması
  • Komandanın məhsuldarlığının artırılması və davamlı inkişaf mühitinin formalaşdırılması
  • Təlim proqramlarının iştirakçı rəyləri və performans göstəriciləri əsasında davamlı təkmilləşdirilməsi
  • Metodiki vəsaitlərin, təqdimatların və video-təlim materiallarının hazırlanması
  • Təlim məzmununun əməkdaşların və sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması
  • Yeni əməkdaşların adaptasiya (onboarding) prosesində HR və satış şöbəsinə metodoloji dəstəyin göstərilməsi
  • Satış mütəxəssislərinin bilik və bacarıqlarının auditinin aparılması, boşluqların müəyyən edilməsi və inkişaf planlarının hazırlanması

Tələblər:

  • Təlim və inkişaf, və ya satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə praktik təcrübə
  • Komanda idarəetmə və liderlik bacarıqları
  • KPI və performans qiymətləndirmə sistemləri ilə işləmə təcrübəsi
  • Güclü təqdimat və kommunikasiya bacarıqları
  • Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir

Biz təklif edirik:

  • Peşəkar və inkişafyönümlü iş mühiti
  • 5 günlük iş qrafiki (09:00–18:00)​
  • Rəqabətli əməkhaqqı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly528
  • Monthly1099