Şirkətimiz əməkdaşların davamlı inkişafı və effektiv korporativ təlim sisteminin qurulması istiqamətində strateji rol oynayacaq peşəkar Təlim üzrə Mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə kompleks və sistemli təlim və inkişaf modelinin hazırlanması və tətbiqi
- Satış, müştəri xidməti, idarəetmə və soft skills istiqamətləri üzrə təlim proqramlarının hazırlanması və keçirilməsi
- Müasir təlim metodologiyalarının (interaktiv təlim, blended learning, case study və s.) tətbiqi
- Şirkət rəhbər heyəti üçün treninq, vorkşop və onlayn/oflayn təlimlərin təşkili və keçirilməsi
- Əsas (strateji) müştərilər üçün xüsusi təlim proqramlarının hazırlanması və mütəmadi yenilənməsi
- Təlimçilərdən ibarət komandanın formalaşdırılması, idarə olunması və iş bölgüsünün aparılması
- Təlim və inkişaf şöbəsi əməkdaşlarının peşəkar kompetensiyalarının inkişaf etdirilməsi
- Komanda effektivliyinin qiymətləndirilməsi və fərdi KPI sisteminin qurulması və tətbiqi
- Koçinq və mentorluq proseslərinin təşkili və idarə olunması
- Komandanın məhsuldarlığının artırılması və davamlı inkişaf mühitinin formalaşdırılması
- Təlim proqramlarının iştirakçı rəyləri və performans göstəriciləri əsasında davamlı təkmilləşdirilməsi
- Metodiki vəsaitlərin, təqdimatların və video-təlim materiallarının hazırlanması
- Təlim məzmununun əməkdaşların və sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması
- Yeni əməkdaşların adaptasiya (onboarding) prosesində HR və satış şöbəsinə metodoloji dəstəyin göstərilməsi
- Satış mütəxəssislərinin bilik və bacarıqlarının auditinin aparılması, boşluqların müəyyən edilməsi və inkişaf planlarının hazırlanması
Tələblər:
- Təlim və inkişaf, və ya satış sahəsində minimum 2–3 il iş təcrübəsi
- Təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə praktik təcrübə
- Komanda idarəetmə və liderlik bacarıqları
- KPI və performans qiymətləndirmə sistemləri ilə işləmə təcrübəsi
- Güclü təqdimat və kommunikasiya bacarıqları
- Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir
Biz təklif edirik:
- Peşəkar və inkişafyönümlü iş mühiti
- 5 günlük iş qrafiki (09:00–18:00)
- Rəqabətli əməkhaqqı
Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.