Vəzifənin məqsədi
- Şirkətin hüquqi fəaliyyətinin effektiv idarə olunmasını təmin etmək, korporativ hüquqi riskləri minimuma endirmək, müqavilə və hüquqi sənədlərin düzgün hazırlanmasına və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.
İşin təsviri:
Müqavilələrin idarə olunması
- Müxtəlif növ müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizasının aparılması
- Müqavilələrin qanunvericiliyə və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi
- Müqavilə risklərinin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi
Korporativ hüquq işləri
- Şirkətin korporativ sənədlərinin hazırlanması və yenilənməsi
- Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması
- Şirkətin hüquqi maraqlarının qorunması və təmsil olunması
Hüquqi məsləhət və dəstək
- Şirkətin müxtəlif departamentlərinə hüquqi dəstəyin göstərilməsi
- Əmək, kommersiya və korporativ hüquq məsələləri üzrə məsləhətlərin verilməsi
- Daxili prosedur və siyasətlərin hüquqi baxımdan yoxlanılması
Risklərin idarə olunması və hesabatlılıq
- Hüquqi risklərin müəyyən olunması və minimallaşdırılması üzrə təkliflərin hazırlanması
- Hüquqi sənədlərin arxivləşdirilməsi və idarə olunması
- Görülən işlər üzrə hesabatların hazırlanması
Tələb olunanlar:
- Təhsil: Hüquq üzrə ali təhsil
- Iş təcrübəsi: Korporativ hüquq sahəsində minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının əmək, kommersiya və korporativ qanunvericiliyi üzrə biliklər
- Bacar;qlar: Müqavilələrlə işləmək və hüquqi sənədlərin hazırlanması bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı
- Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür
İş şərtləri
- İş qrafiki: 09:00–18:00
- Məşğulluq növü: tam ştat / 5 iş günü
Biz təklif edirik:
- Rəqabətli əmək haqqı
- Stabil və peşəkar iş mühiti
- Karyera və peşəkar inkişaf imkanları
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.