AS İnşaat MMC AS İnşaat MMC
  • 906

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 9 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur vahidinin adı: Maliyyə departamenti

Yerinə yetirəcəyi işlər:

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması və ödənilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
  • Kreditor,debitor borclarına nəzarət edilməsi, qarşılıqlı üzləşmələrin aparılması, üzləşmə aktının tərtib olunması;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunun yoxlanılması;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, protokol, hesab-faktura, təhvil-təslim aktları və s.);
  • Elektron qaimələrin yazılması;
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması. 
  • Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Vəzifəyə olan tələblər:

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • Mühasibatlığla bağlı yerli qanunvericilik bilikləri;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması təcrübəsi;
  • Elektron portallar ilə işləyə bilmə qabiliyyəti;
  • Azərbaycan dili (əla), ingilis və rus dili arzuolunandır;
  • MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
  • 1C sistemi üzrə biliklər;
  • Stressə dözümlülük.

İş şəraiti:

  • İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə
  • İş rejimi: həftə içi 5 gün
  • Korporativ nömrə
  • Əmək haqqı: 1000-1200 AZN

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına ”Aparıcı mühasib” başlığı ilə göndərə bilərlər.

  • Daily6
  • Weekly623
  • Monthly1170