İnşaat mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat mühəndisi

  • Deadline 19 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur vahidinin adı: Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi

Yerinə yetirəcəyi işlər

  • İnşaat üzrə işlərin görülməsini və resurslardan məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etməli;
  • Layihə-tədqiqat işlərinin yaxşılaşdırılması və xərclərinin azaldılması fəaliyyətinə rəhbərlik etməli;
  • Tikinti işlərinin təşkilinin təkmilləşdirilməsi və qabaqcıl tikinti metodlarının tətbiq edilməsi, tikinti-inşaat işlərinin icrası zamanı yubanmaların azaldilması və keyfiyyətin yüksəldilməsi;
  • Tikinti-inşaat işlərinin cari və perespektiv planlarının yenidən dəyişdirilməsi və inşa olunan obyektlərin istismara verilmə planlarının hazırlanmasına rəhbərlik etməli;
  • İstehsalın effektliyinin artırılmasında və texniki cəhətdən təchiz olunmasında, inşaat, layihələndirmə və avadanlıqların alınması üçün maliyyə vəsaitlərinin müəyyənləşdirilməsinə dair məsələlər barədə biznes-planların hazırlanmasında iştirak etməli; 
  • Podratçı təşkilatlarla layihə-tədqiqat və tikinti-montaj işlərinin maliyyə və təsərrüfat, eləcə də material və avadanlıqların alınması üçün müəssisələrlə müqavilələrinin vaxtında bağlanmasının təmin olunması üşün tədbirlər görməli;
  • Tərəf müqabilləri tərəfindən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət aparmaq, öhdəliklərin lazımınca yerinə yetirilməməsi zamanı iddia hazırlanmasında iştirak etməli;
  • Tikinti obyektləri üçün layihə-smeta sənədlərinin və materialların hazırlanmasında bütün zəruri məlumatların mövcudluğunu təmin etməli;
  • Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına, eləcə də bütün tikinti, montaj işlərinin icra olunma vaxtlarına və keyfiyyətinə, onların təsdiq olunmuş layihə-smeta sənədləri ilə uyğunluğuna, tikinti norma və qaydalarına, sənaye gigiyenası və əməyin təşkili, yanğından mühafizə tələblərinə və texniki təhlükəsizlik normalarına nəzarət aparmalı;
  • Texniki nəzarəti həyata keçirən orqanlarla inşaat sahəsində, avadanlıqların quraşdırılması, sınqların aparılması və qeydiyyatdan keçirilməsi məsələlərini razılaşdırmalı;
  • Xərclərin azaldılması və inşaat müddətinin qısaldılmasına, kapital qoyuluşlarının xərcinin çıxarılması müddətinin azaldılmasına yönəlmiş səmərələşdirici və təkmilləşdirici təkliflərin verilməsinə yardımçı olmalı (konstruksiyanın möhkəmliyin azaldılmaması və keyfiyyətin aşağı salınmaması şərti ilə);
  • Əməyin təşkilinin müasir formalarının tətbiqinin, ona tabe olan şöbələrdə çalışan əməkdaşların peşakar kvalifikasiya potensialının məqsədyönlü istifadə olunmasını təmin etməli; 
  • İnşaat obyektinin təhvil verilməsi, qəbul olunması və istismara verilməsi sahəsində işlər aparmalı;  
  • Avadanlıq və tikinti materiallarının alınması üçün ayrılmış maliyyə vəsaitinin sərf olunmasına və alınmış avadanlıq və tikinti materiallarının saxlanması və düzgün mühafizə olunması qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməlidir.

Vəzifəyə olan tələblər

  • Ən az 3 il iş təcrübəsi
  • Ali təhsil
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • İş yerinin yerləşdiyi ünvan: Zəngilan rayonu Ağalı kəndi
  • İş rejimi: həftə içi 6 gün
  • Təminatlar: Qalmaq üçün yer, səhər, günorta və axşam yeməyi.
  • Əmək haqqı: 2000 - 2200 AZN (Net)

CV-lərinizi e-mail ünvanına “İnşaat mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur.

  • Daily19
  • Weekly547
  • Monthly2190