Maliyyə meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə meneceri

  • Deadline 25 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur vahidinin adı: Maliyyə departamenti 

Yerinə yetirəcəyi işlər

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçot siyasətini təşkil etmək;
  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Şirkətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və şirkətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları, debitorlar və kreditorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;

Vəzifəyə olan tələblər

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
  • 1C sistemi üzrə biliklər;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilmək;
  • Vergi qanunvericiliyini bilmək;
  • Azərbaycan dili (əla), ingilis və rus dili arzuolunandır;
  • MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
  • Stressə dözümlülük.

İş şəraiti:

  • İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə
  • İş rejimi: həftə içi 5 gün
  • Korporativ nömrə
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına ”Maliyyə meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur.

  • Daily23
  • Weekly707
  • Monthly2606