Mexanika mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika mühəndisi

  • Deadline 3 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerinə yetirəcəyi işlər

  • Sanitar qovşaqların yoxlamasını aparıb, zəif tərəflərini müəyyən edir, müdriyətə dəyişiklər təklif edib,onları razılaşdırır.
  • Layihədə daha proqresiv texnoloji proseslərin yeridilməsi ilə bağlı olan dəyişikləriv və tikinti və rekonstruksiya obyektlərinin texniki və iqtisadi göstərişlərinin yaxşılaşdırılmasını və dəyərin azalmasını təmin edən həcmli planlaşdırma və konstruktiv qərarların qəbulunda iştirak edir;
  • İşlərin və başa çatdırılmış obyektlərin qəbulunu həyata, sanitar qovşağın tikinti montaj işlərinin icrasına nəzarəti həyata keçirir.
  • Sanitar qovşağının tikinti montaj işlərinin həcmi təsdiq edilmiş layihə-smeta sənədlərinə, mühəndis cizgilərinə, tikinti normalarına, standartlara, texniki şərtlərə və əmək mühafizəsi qayadalarına uyğunluğunu yoxlayır;
  • Layihə üzrə tikinti işlərinin icrası zamanı üzə çıxan qərar dəyişikliklərinin müzakirəsi və razılaşdırılmasında iştirak edir, zəruri hallarda material, məmulat və konstruksiyaların, tikinti obyektində aparılan işlərin keyfiyyətini azaltmamaq şərti ilə, əvəz edilməsini operativ şəkildə həyata keçirir.
  • Tikinti montaj işlərində baş verən gecikmələrin və keyfiyyət pozuntularının səbəblərini texniki nəzarətçi şəklində araşdırır və onları aradan qaldırmaq üçün təkliflər irəli sürür.
  • Sanitar qovşaqların başa çatmış tikinti-montaj işlərinin qəbulunu həyata keçirir,lazimi texniki sənədləşməni tərtib edir. Tikinti obyektinin qəbulunu və istismara təhvil verilməsini həyata keçirən komissiyaların işində iştirak edir.
  • Sanitar qovşağının,başa çatmış tikinti-montaj işlərinin qeydini aprarır və hesabat üçün lazımi məlumatları hazırlayır.
  • Dəyərin hesablanmasını, yerinə yetirilmiş işlərin qeydini və tikinti obyektlərinin smeta sənədlərinin yoxlanmasını həyata keçirir.
  • Su təchizatı və kanalizasiya sahəsində görülən əlavə işlər üçün smeta hazırlanmasını həyata keçirir.
  • Podratçı təşkilatların nümayəndələri ilə birgə smetanın,materiallarin dəyəri və əlavə xərclərin kalkulasiyasını yerinə yetirilmiş işlərin siyahısını,spesifikasiyasını,yerinə yetirilmiş işlərin aktını layihələşdirmə təşkiltalrı ilə razılaşdırır.
  • Layihələşdirmə və smeta sənədlərinin aparılması ilə bağlı podratçı təşkilatlarla olan mübahisələrin müzakirəsi və həlli üçün material hazırlayır.
  • Bilavasitə rəhbərinin öz səlahiyyətləri daxilində verdiyi digər tapşırıqlarını yerinə yetirir.

Vəzifəyə olan tələblər

  • Ali-texniki təhsil;
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Su-kanalizasiya xətti və qurğularının istismarı üzrə metodik və rəhbər edici sənədləri və hüquqi normativ aktları.
  • Tikintı işləri sahəsinə yaxın olan su çəkici stansiyaların və layihə ərazisinə aid olan su kəməri xətlərinin sxemlərini;
  • Yaşayış yerlərinin su təchizatının və çirkab su siteminin texniki istismar qaydalarını;
  • Kommunal təsərrüfat və su kəməri istifadə qaydaları, su təchizatı və kanalizasiya xətlərininin tikinti norma və qaydalarını.
  • Kanalizasiya və su kəməri xətləri və qurğularında profilkatiki təmir işləri keçirmə üzrə əsasnaməni.
  • Kanalizasiya və su kəməri xətt və qurğularının istismar materiallarını;
  • Komandada işləmək bacarığına malik olmalıdır.

İş şəraiti:

  • İş yeri: Qarabağ bölgəsi (Zəngilan rayonu)
  • İş qrafiki: həftənin 6 günü
  • Təminatlar: nahar yeməyi
  • Əmək haqqı 2000-2500 AZN (Net)

CV üçün e-mail : [email protected] (“Mexanika mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur)

  • Daily0
  • Weekly681
  • Monthly2520