Struktur vahidinin adı: Maliyyə departamenti
Yerinə yetirəcəyi işlər:
- Maliyyə vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Mədaxil və məxaric sənədlərinə əsasən kassa kitabını aparmaq, maliyyə vəsaitinin faktiki məbləğini kitabdakı qalıqla yoxlamaq , kassa hesabatını hazırlamaq;
- Kassa əməliyyatlarını müvafiq uçot proqramında vaxtında və düzgün işlənilməsini təmin etmək;
- Sıradan çıxmış maliyyə vəsaitlərinin dəyişdirilməsi məqsədi ilə banka təhvil verilməsi üçün hazırlamaq;
- Xəzinə hesabatını hazırlamaq;
- Öhdəsində olan maliyyə vəsaitlərinin etibarlı saxlanmasını təmin etmək;
- Öhdəsində olan maliyyə vəsaitləri hərəkəti (qəbul olunması, göndərilməsi, saxlanması, siqnalizasiyanın vəziyyət) haqqında məlumatları yaymamaq.
Vəzifəyə olan tələblər:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili (əla), ingilis və rus dili arzu olunandır;
- MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
- 1C sistemi üzrə biliklər;
- Stressə dözümlülük.
İş şəraiti:
- İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə
- İş rejimi: həftə içi 5 gün
- Korporativ nömrə
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına ”Mühasib-xəzinədar” başlığı ilə göndərməyiniz xahiş olunur.