A ASADZADE SANAN MMC
  • 1.5K

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 26 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil (hüquq və digər əlaqəli sahələr);
  • MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
  • Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Qeyd: Hüquq bilikləri olan namizədlərə üstünlük veriləcək;
  • Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
  • Komandada işləmə bacarığı
  • Yaş həddi; 30-45

İş haqqında məlumat: 

  • Şirkətin qanunauyğun fəaliyyətini təmin etmək üçün hüquqi sənədlərin hazırlanması;
  • Şirkətin hüquqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
  • Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək; 
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı: 1500-2000

Vakansiyaya müraciət üçün CV-ləri “Hüquqşünas” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly8
  • Monthly1543