Fəaliyyət sahəsi: Avtomobil idxalı (Çin və digər ölkələrdən)
İş şəraiti
- Əmək haqqı 2500 AZN
- İş mühiti: Ofis daxilində, beynəlxalq təmaslarla
- İş qrafiki - 6 günlük
Əsas vəzifələr:
- Avtomobillərin beynəlxalq satışının təşkili və müştərilərlə əlaqələrin qurulması
- Satış prosesi üzrə müştərilərə məsləhət vermək, onların ehtiyaclarını analiz etmək və uyğun məhsullar təklif etmək
- Xarici bazarlarda (Çin və digər ölkələr) potensial müştərilərin araşdırılması və əlaqə qurulması
- Satış üzrə hədəflərə nail olmaq və satış nəticələrini izləmək
- Müştərilərlə beynəlxalq müqavilələrin bağlanması və satışın bağlanması
- Müştəri məmnuniyyətini qorumaq və satış sonrası xidmətlərlə əlaqəni davam etdirmək
- Beynəlxalq satış komandası ilə koordinasiyada çalışmaq və təkliflər hazırlamaq
Namizəd üçün tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin İdarəedilməsi, Satış və ya əlaqəli sahə) mütləqdir
- Avtomobil sənayesi və ya beynəlxalq satış təcrübəsi (min. 3 il)
- Beynəlxalq bazarlarda satış təcrübəsi və Çin bazarına dair məlumat üstünlükdür
- Yüksək kommunikasiya və təqdimat bacarıqları mütləqdir
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı olmalıdır (Rus dili də üstünlükdür)
- Beynəlxalq ticarət və satış əməliyyatları üzrə biliklər . korperativ münasibətləri qorumalıdır
- Analitik düşüncə və satış hədəflərinə yönəlik nəticəyönlü yanaşma və irəliləmək
- Komanda ilə işləmək bacarığı və beyin fırtınası aparmaq istəyi ilə gələcək arzusu olmalıdır
- Səyahət etmə və beynəlxalq müştərilərlə əlaqə qurmaq üçün bacarıqlı olmalı və özünü buna hazırlamalıdır
Təklif etdiklərimiz:
- Rəqabətli fix artımlı əmək haqqı və satış hədəflərinə əsaslanan rəqabətli bonus sistemi ilə birlikdə yüksək gəlir
- Beynəlxalq satış mühitində təcrübə qazanmaq imkanı
- Yerli və xarici təlimlər, karyera inkişafı və mükafatlandırma sistemi
- Şirkətimizlə beynəlxalq bazarda genişlənmə imkanı
- Beynəlxalq satış komandası ilə əməkdaşlıq
- Əmək Məcəlləsinə uyğun sosial təminatlar və müavinətlər
Müraciət qaydası:
- CV və motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Peşəkar Satış Təmsilçisi (Avtomobil İdxalı)” qeyd edin.
- Yalnız ilkin tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.