Iş yeri: Bakı şəhəri. Nərimanov rayonu. Albert Aqarunov küçəsi 3.
İşin təsviri:
- Sosial media üçün kreativ və brend üslubuna uyğun dizaynların hazırlanması.
- Çap materiallarının (broşürlər, bukletlər, posterlər və s.) dizayn edilməsi.
- Reklam materialları, hesabatlar və eskizlərin vizual tərtibatı.
- Mətnlər, rəsmlər, sxemlər, qrafiklər və diagramlar üçün illüstrasiyaların hazırlanması.
- Şirkət brend kitabçasına və dizayn standartlarına uyğunluğun təmin edilməsi.
- Peşakar dizayner proqramlarında işləmə praktikası.
- Peşəkar postların yığılması.
- Peşakar videoların redaktə edilməsi və montajı.
- Mouşen dizayn praktikası.
- Brend book hazırlanması.
Tələblər:
- İş təcrübəsi: 3 ildən yuxarı.
- Yaş həddi 25- 35 arası.
- Adobe Illustrator, Photoshop, InDesign, Corel Draw proqramlarında peşəkar işləmə bacarığı.
- Paket materialları və çap işləri üzrə təcrübə.
- After Effects, Premiere, video və animasiya işləri haqqında məlumatlı olmalı
- Yaradıcı, təşəbbüskar, çevik və məsuliyyətli olmalı
- Komanda ilə işləməyi bacarmalı
İş şəraiti:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Qanunvericiliyə uyğun rəsmi əmək müqaviləsi.
- Rahat, genış, tam texniki təhciz olunmuş, yeni təmirli ofis.
- Karyera yüksəlişi.
- Normativə uyğun iş qrafiki.
- Xidməti kompyuter, xidməti mobil telefon, xidməti korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Qrafik dizayner” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.