Xalq Bank Xalq Bank
  • 446

Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsinin mütəxəssisi

Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsinin mütəxəssisi

  • Deadline 5 Dekabr 2024

Təsvir:

  • Daxili normativ aktların bazasını təhlil etmək, hazırlanmasına, aktuallaşdırılmasına ehtiyac olan normativ aktlar barədə təkliflər hazırlamaq;
  • Daxili normativ aktların kataloqunu hazırlamaq və zərurət olduğu halda yeniləmək;
  • Daxili normativ aktlarda istifadə olunan terminlər üzrə biznes lüğət hazırlamaq;
  • Bankın biznes proseslərini və struktur bölmələrin, Bankın əməkdaşlarının işini əhatə edən daxili normativ aktlar hazırlamaq;
  • Bankın məhsul və xidmətləri üzrə tələb olunan daxili normativ aktları hazırlamaq və ya dəyişiklik etmək;
  • Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrini hazırlamaq və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq daxili normativ aktlarda əks etdirmək;
  • Daxili normativ aktlara olan ehtiyacın müəyyən olunması, o cümlədən normative aktların hazırlanması/yenilənməsi məqsədilə Bankın struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
  • Bankda keçirilən layihələrə metodoloji dəstək göstərmək.

Tələblər:

  • Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
  • Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
  • Bank işi sahəsi üzrə biliklər;
  • Bank işi sahəsində minimum 1 illik təcrübə;
  • Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
  • Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio, Excel, DraW IO”);
  • Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.
  • Daily21
  • Weekly256
  • Monthly1933