Təsvir
- Kredit İdarəsinə daxil olmuş korporativ kreditlər üzrə müraciətlərə baxmaq və təhlil etmək;
- Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi;
- Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
- Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il