Xalq Bank Xalq Bank
  • 409

Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi

Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi

  • Deadline 26 October 2024

Təsvir

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;
  • Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
  • Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
  • Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

Tələblər

  • Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır);
  • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
  • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
  • Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi, maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.
  • Daily0
  • Weekly681
  • Monthly2520