Təsvir
- Müştərilərin yazılı müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Fiziki və hüquqi şəxslərə online cari hesabların açılmasını təmin etmək;
- Fiziki və hüquqi şəxslərin online kart sifarişlərini təsdiqləmək;
- Müştərilərin müraciətləri əsasında onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Şöbənin fəaliyyəti haqqında hesabatlar hazırlamaq;
- Video call vasitəsi ilə müştərilərə xidmət göstərmək;
- Şöbənin/İdarənin inkişafı üçün müxtəlif layihələrdə iştirak etmək;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirləri görmək.
Tələblər
- Ali təhsil (magistr);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri;
- Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.