Təsvir
- Yeni hesabatların hazırlanması və mövcud hesabatların yeni tələblərə uyğun dəyişdirilməsi, məlumatları təhlil edərək yaranmış problemlərin sürətli həll edilməsi;
- Hesabatların tərtib edilməsi üçün verilənlər bazasının arxitekturasının yaradılmasında uyğun həll yolunun seçilməsi və tətbiq edilməsi;
- Məlumatların vizuallaşdırılması;
- SQL sorğuların yazılması və optimallaşdırılması;
- PL/SQL prosedurların, funksiyaların yazılması və optimallaşdırılması;
- Datanin məlumat anbarında (DWH) saxlanılması və idarəolunması;
- Mövcud ETL proseslərin işinin dəstəklənməsi;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Komanda ilə işləmək və digər əməkdaşlarla biliklərini bölüşmək;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.
Tələblər
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- SQL hesabatlıq üzrə minimum 2 il təcrübə;
- Oracle SQL, PL/SQL üzrə mükəmməl biliklər;
- DWH(Data Warehouse) üzrə biliklər və təcrübə (üstünlük verilir);
- ETL alətlərlə iş üzrə biliklər;
- Məlumatların vizuallaşdırılması üçün Oracle Bİ-dan istifadə bacarığı;
- Güclü RDBMS biliyi;
- Yaxşı və sürətli problemlərin həlli bacarıqları;
- Bank sistemləri və bank terminləri məlumatlı olmaq;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.