Təsvir
- Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq;
- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək;
- RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək;
- İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək;
- Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək;
- Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək;
- Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək;
- Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək;
- İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək;
- Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək;
- Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək;
Tələblər
- İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
- Xarici dil bilikləri (ingilis dili -zəruri);
- MS Ofis proqramları ilə işləmə bacarığı;
- Digər proqram təminatları ilə işləmə arzuolunandır.
- Bank və ya maliyyə sahəsində azı 3-6 il iş təcrübəsi;
- Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik bilikləri;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər, habelə beynəlxalq nəzəri və praktiki biliklər;
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
- Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
- Ünsiyyət və əməkdaşlıq bacarığı;
- ERM üzrə təcrübə, bilik və bacarıqlar;
- ESG üzrə biliklər arzuolunandır;
- CERM, ISO 31000, PRM, CFA, FRM və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü -Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.