Təsvir
- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;
- Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;
- Təlim proqramlarında iştirak edərək risklərin idarə edilməsinə dair bilik və bacarıqların artırılması;
- Risklərin idarə edilməsi məqsədilə Bankın struktur bölmələrindən alınmış məlumatları təhlil etmək və nəticələrlə bağlı şöbə rəisini məlumatlandırmaq;
- Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;
- Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək.
Tələblər
- İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
- Xarici dil bilikləri (ingilis dili -zəruri);
- MS Ofis proqramları ilə işləmə bacarığı;
- Digər proqram təminatları ilə işləmə arzuolunandır.
- Bank və ya əlaqəli maliyyə sektorunda 1-3 iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
- Bilik və bacarıqların artırılmasına maraqlı olmaq;
- Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
- Ünsiyyət və əməkdaşlıq bacarığı;
- ESG üzrə biliklər arzuolunandır;
- CERM, ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1 ilədək
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.