Təsvir
- Verilən kreditlərin borcalanlar tərəfindən təyinatına uyğun olaraq istifadə edilməsini monitorinq etmək, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- Verilmiş kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunu və vəziyyətini yoxlamaq, monitorinq etmək, müvafiq hesabat tətbiq etmək;
- Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
- Yuxarıda qeyd edilən monitorinq məqsədləri üzrə ətraf rayonlara səfərlər təşkil etmək;
- Kredit portfelinin filiallar üzrə vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək, bununla bağlı zəruri hesabatlar hazırlamaq;
- Kreditlərin keyfiyyətinin artırılması məqsədilə yeni üsulların tətbiqinə dair təkliflər vermək.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Vakansiya haqqında
- Son tarix yanvar 15, 2025
- Paylaşılıb dekabr 16, 2024
- Vakansiya növü Tam ştat