Xalq Sığorta Xalq Sığorta
  • 749

Xalq Sığorta

Sığorta

Daxili auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili auditor

  • Deadline 4 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə azı beş illik iş stajına malik olmaq (Sığorta sahəsi üzrə arzuolunandır );
  • Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları
  • Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
  • Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə (arzuolunandır)
  • Kompyuter bilikləri: Microsoft Office (Word, Excel-əla); 1C proqramı ilə işləmək bacarığı;
  • Dil bilikləri- azərbaycan dili-əla; ingilis dilini-yaxşı, rus dili- arzuolunandır.
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
  • Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə,
  • Daxili Audit Xidmətinin əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar
  • İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
  • Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;  
  • İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
  • Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyinin yoxlanılması;
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
  • Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin auditini aparmaq;
  • Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;
  • Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri;
  • İmtiyazlar: Tibbi sığorta;
  • Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA, CFSA , CIMA və s.) sertifikatlarının olması üstünlükdür.
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Daxili auditor) qeyd edərək,  [email protected]   elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly681
  • Monthly2520